View Lyrics: QaraQan-Qisa Qapanma Modal close icon

Viewing lyrics for QaraQan-Qisa Qapanma by Dj SH.

Görəsən payız hansı yarpaqları tez tökür?
Görəsən nə qədər təsirli olacaq epiloq?
Zaman qəbir qazdıqca insanlar da ev tikir..
Zaman qırılmış ümidlərin son qərar mənzili,
İnsanlar torpaqdan düzəldilmiş çirkli oyuncaqlar..
Şəhər çoxdan bürünüb boz əlcəkli maqistrallara..
Otağın bir küncündə çirkli oyuncaqlar..
Yenə də sən gülürsən..
Nəyə gərək ironiya?
Ovucun qırışlarına hopur taleh xətlərimiz..
Uzaqda piano, qonşu otaqda son melodiya..
Danış, danışım mən də, qucaqlaşsın dərdlərimiz..
Cənnəti tapmadıq biz, nöqtələr oldu vergül..
Qısa bir qapanmadan sonra suallar çoxaldı..
Arzular yerinə yetdi amma ucuz xislətimin,
İçində şükürlər yox yenə də dualar çoxaldı..

Onun qızıl saçları ağlımdadır..
O mənim acı günlərimin ən xoş xatirəsi..
Palçıqlar iz qoyurdu ayaqlarım közərdikcə..
O mənim Cəhənnəmlə Cənnətimin rabitəsi..
Sonuncu həyat dərsi, ilk öpüş fəlsəfəsi.
Sonuncu ümid rəqsi, son görüş mənzərəsi..
Sonuncu dayanacaqda, vaqonlarda son sərnişin..
Sonuncu sərnişinin köhnə tozlu pəncərəsi..
Çırılmış pencəyinin cibində qadın şəkli..
Həyat mürəkkəbi ilə yazılmış mürəkkəb həyat..
O çoxdan ölmüş bir sevginin canlı abidəsi..
Qırılar ilk toxunuşdan, bil ki düzəlməz həyat..
Sənin taleyin mənim taleyimlə əkiz qardaş..
Gəl oturaq, bir az danışaq, bir az Allahdan..
Sən odun tök ocağa, mən yazım bir-iki misra..
Yapışaq balıqlar tək ölümə çəkən qarmaqdan, biz!

Səni basdırdığım torpaqda qızıl güllər əkdim..
Bir gün gələr ki o güllərdən gələr sənin ətrin..
Keçmişin rəflərində itib-batmış bioqrafiyam,
Onun sonuncu səhifəsində qaldı sənin sətrin..
Məni bir kölgə sandın, dəhlizin divarlarından,
Asılmış rəsmlərdə əbədi qaldı sənin şəklin..
Sən ümid notlarından yazılmış ideal simfoniya..
Mənim əllərim əsdi, mən dirijor, mənim səhvim..
Qurumuş boş cümlələr, mavi gözlər, yalançı,
Bu dörd divarın içində sığmır içimə mənim dərdim..
Sən mənim parçalanmış gözlərimdə ilham pərim..
Mən sənin sevgi sərhədində son tikanlı məftil..
Qəfil küləklər əsdi, bir anlıq durdu nəbzim..
Zəif işartılarda gözümə gəldi sənin əksin..
Bu qəribə incə fombiya, bəyaz bayraq və təslim..
Sonuncu dərs, sonbaharda bitdi mənim fəslim..

Close